Azərbaycan Avropa Parlamenti üçün çox vacib və etibarlı bir tərəfdaşdır.
İcmal.Az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycanda səfərdə olan Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin yeni sədri, Avropa Xalq Partiyasının Almaniyadan olan deputatı Devid MakAlister Milli Məclisdə jurnalistlərə deyib.
O bildirib ki, nümayəndə heyəti səfər zamanı Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və müstəqilliynə dəstəyini bir daha nümayiş etdirib:
"Biz eyni çağırışları və maraqları bölüşürk".
İcmal.Az