Azərbaycan musqiçiləri Beynəlxalq Mahnı Festivalına qatılacaqlar

OXUNUB: 1772 ŞOU-BİZNES Özəl SOSİAL BANK

Bakı. 26 aprel. / Azərbaycan musiqiçiləri mayın 6-10-da Tbilisidə keçiriləcək Beynəlxalq III müəllif Mahnıları Festivalında iştirak edəcəklər.

“Report” Gürcüstan KİV-nə istinadən xəbər verir ki, tədbiri keçirməkdə məqsəd müəllif mahnıları (bard) janrını təbliğ etməkdir.

İlk festival 2014-cü ildə Tbilisidə keçirilib. Birinci festival Bulat Okucavanın xatirəsinə həsr edilib. 2015-ci ildə keçirilən ikinci tədbir isə faşizm üzərində qələbənin 70 illiyinə həsr olunub.

Festivalda Azərbaycan musiqiçiləri də daxil olmaqla 15 xarici ölkənin, o cümlədən Almaniya, Gürcüstan, Belarus, Ukrayna, Rusiya, Çexiya, Estoniya, Latviya və İsrail təmsilçiləri də iştirak edəcəklər. 

RƏYLƏR