Azərbaycanda elm sahəsində ilk – 33 yaşlı professor oldu

OXUNUB: 826 SOSİAL


Prof. Yusif Babanlı: "Hər bir sahədə olduğu kimi idman sahəsinin də nəzəriyyəsini öyrənmək və metodiki əsaslarla inkişaf etdirmək bu istiqamətdə fundamental institutun formalaşmasına və güclənməsinə öz töhfəsini verə bilər. Azərbaycanın idman ölkəsi kimi tanınmasının da 1 nömrəli səbəbi məhz bu amillərdir. Mən bu nailiyyəti təkcə özümün deyil, bütünlükdə elm və idman ictimaiyyətinin uğuru hesab edirəm”.

Ən gənc professor öz nailiyyəti ilə bağlı qeyd edib ki, "Ümummilli lider Heydər Əliyevin Azərbaycanda elm və təhsillə, idman və digər sahələrlə bağlı siyasəti artıq real şəkildə özünün müsbət təzahürünü göstərməkdədir. Ulu öndər bu sahələrə xüsusi həssaslıqla yanaşmış və daim qayğı göstərmişdir. Məhz bu qayğının nəticəsidir ki, bu gün gənclər ölkənin elm-təhsil, mədəni, idman və ictimai-siyasi həyatında bacarıqlarını nümayiş etdirməkdədirlər. Bu da danılmaz faktdır ki, dahi öndər Heydər Əliyevin təhsil siyasəti konsepsiyasına əsasən gənc alimlərin yüksək səviyyədə yetişdirilməsi üçün demək olar ki, lazımi şərait yaradılmışdır. Bu gün gənc alim, professor, mütəxəssislərin yetişdirilməsi və onlara dəstək Azərbaycan xalqının xoş gələcəyinə xidmətin əsas istiqaməti kimi dövlətin və dövlət qurumlarının daima diqqətindədir. Bütün sahələrdə olduğu kimi, Azərbaycan elminin də inkişafı istiqamətində ümummilli lider Heydər Əliyevin siyasəti bu gün islahatların zəruriliyinə ciddi diqqət yetirən ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Eyni zamanda Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevanın da hər bir sahədə sağlam mühitin yaradılması ilə bağlı gördüyü genişmiqyaslı işlər hər bir gəncin özünü təsdiqi üçün geniş imkanlar yaradır. Biz gənc nəsil də Dövlət Başçımızın elm-təhsilə yüksək səviyyədə qayğı və diqqətini alqışlayır və bu inamlı, uğurlu siyasəti daim dəstəkləyirik”.

Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 07 iyul 2017-ci il 13 nömrəli protokilu ilə Yusif Məmməd oğlu Babanlının professor elmi adı təsdiqlənmişdir.

Attestasiya Komissiyasının Rəyasət Heyətinin 12 iyul 2017-ci il tarixdə isə iclasında diplom sahibinə təqdim edilmişdir. Ali Attestasiya Komissiyasının sədri Vəli Hüseynov, Rəyasət Heyətinin üzvlərindən akademik Xoşbəxt Yusifzadə, akademik Nizami Cəfərov Yusif Babanlını Respublikada ilk gənc olaraq professor elmi adı almağı münasibətilə təbrik etdilər.  "Ən gənc professor”un dövlətin təhsil, idman, mədəni və ictimai-siyasi həyatında uğurlu rolunu, elmi-pedaqoji sahədə naliyyətlərini müsbət qiymətləndirərək ona uğurlar arzuladılar.  

 

 

İcmal.Az

RƏYLƏR