Azərbaycanda yeni futbol klubu yaradıldı (FOTOLAR)

OXUNUB: 1053 İDMAN

Azərbaycanda yeni futbol klubu yaradılıb.

 Yeni yaradılan "Masallı” klubuna "Xəzər-Lənkəran”-ın bir neçə oyunçusu da cəlb edilib.

Yeni klub ölkə çempionatında iştirak etmək niyyətindədir. Klubun mətbuat xidmətinin rəhbəri Mirələm Həşimov bildirib ki, "Masallı” klubu ölkənin cənubunu təmsil edəcək. Ötən gün klubun təqdimatı olub və bir neçə iş adamı kluba sponsorluq edəcəyini bildirib.

Komanda müvəqqəti olaraq Ərkivan qəsəbəsindəki stadionda məşq edir./apa


İcmal.Az

RƏYLƏR