Azərbaycandan Tütkiyəyə qaz ixracı artıb

OXUNUB: 974 İQTİSADİYYAT

Türkiyənin təbii qaz idxalı may ayında keçən ilin eyni dövrü ilə müqayisədə 15,9 faiz artaraq 3 milyard 727 milyon kub metr təşkil edib. 

 Keçən ilin may ayında təbii qaz idxalı 3 milyard 215 milyon kubmetr olub. 

Ümumi idxalın 3 milyard 266 milyon kubmetri boru xəttləriylə, 461 milyon kubmetri isə LNG müəssisələri vasitəsilə aparılıb. Ən çox təbii qaz idxalı Rusiyadan reallaşdırılıb - 1 milyard 948 milyon kubmetr. İkinci sırada 722 milyon kubmetrlə İran, üçüncü sırada 595 milyon kubmetr idxalla Azərbaycan yer alıb. 

Türkiyədə təbii qaz istehlakı 17,9 faiz artıb. /oxu

 

İcmal.Az

RƏYLƏR