Bakıda idmançı “Galendewagen”lə qəza törətdi: Ölən var

OXUNUB: 1273 İDMAN

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib. 

Dünən axşam saatlarında Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində 1984-cü il təvəllüdlü Səfiyev Bəhmən Süleyman oğlu idarə etdiyi "Mercedes Galendewagen” markalı avtomobillə piyadanı vurub. 

Ağır xəsarət alan piyada hadisə yerində ölüb. Araşdırmalardan sonra məlum olub ki, ölən şəxs 1959-cu il təvəllüdlü Musayev Elman Zaman oğludur.

Bildirilir ki, qəzanı törədən Bəhman Səfiyev idmançıdır. O, Bilgəhdəki çimərlikdən şəhərə qayıdarkən qəza törədib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır./lent

 

İcmal.Az

RƏYLƏR