Beş ölkənin kralı Azərbaycan prezidentinə məktub ünvanlayıb

OXUNUB: 992 index-manşet SİYASƏT
Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz Al Səud Azərbaycan prezidenti İlham Əliyevi 28 May-Respublika Günü münasibəti ilə təbrik edib.


İcmal.Az-ın məlumatına görə, onun məktubunda deyilir:
 
"Ölkənizin milli bayramı – Respublika Günü münasibətilə Səudiyyə Ərəbistanı Krallığının xalqı və Hökuməti adından, şəxsən öz adımdan Zati-alinizə ən səmimi təbriklərimi çatdırıram. Sizə möhkəm cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan Hökumətinə və xalqına davamlı inkişaf və rifah arzu edirəm”.
 
Azərbaycan dövlət başçısını 28 May-Respublika Günü münasibəti ilə həmçinin Niderland kralı Villem-Aleksandr, Norveç kralı - V Harald, Belçika kralı Filip və İsveç kralı Karl Qustav təbrik ediblər.
 
İcmal.Az

RƏYLƏR