Biləsuvarda avtomobil qaçırılması hadisəsi baş verib.
İcmal.Az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, iyulun 21-də saat 6.00 radələrində Biləsuvar şəhəri ərazisindən Çaylı kənd sakini Bayram Əliyevə məxsus "VAZ-2106" markalı avtomobil qaçırılıb.
Biləsuvar RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobili qaçırmaqda şübhəli bilinən şəhər sakini Telman Rüstəmov tutulub./lent
Araşdırma aparılır.
İcmal.Az