Braziliyada NÜMAYİŞLƏR - Prezidentin istefası tələb edilir

OXUNUB: 54 DÜNYA
Braziliyada minlərlə adam ölkə prezidenti Mişel Temerin istefası tələbi ilə etiraz nümayişlərinə başlayıb.

İcmal.Az Trend-ə istinadən xəbər verir ki, Braziliyanın 10-a yaxın iri şəhərlərində sakinlər küçələrə çıxaraq ölkə prezidentinin istefası ilə yanaşı, təcili ümumxalq seçkilərinin keçirilməsini də tələb edirlər.

Daha genişmiqyaslı etiraz dalğaları isə Ria-da-Janeyro və ölkənin paytaxtında qeydə alınıb. Rio-de-Janeyroda 2 minə yaxın sakinin küçələrə axışması şəhərdə hərəkəti iflic edib.
 
İcmal.Az

RƏYLƏR