Təqdim edəcəyimiz 18 ifadəni bizim dilimizə tərcümə etmək mümkün deyil. Çünki bu ifadələrin Azərbaycan dilində qarşılığı yoxdur.
1. Kilig (Taqal dili) – Romantik bir hadisə baş verəndə mədənizdə kəpənəklərin uçduğu hissinin yaranması.
2. Boketto (Yapon dili) – Bir mənzərəni heç bir mənası olmadan və bir şey ifadə etməyə çalışmadan seyr etmək.
3. Ya’arburnee (Ərəb dili) – Çox dərindən sevdiyiniz biri olmadan yaşaya bilməyəcəyinizi düşündüyünüz üçün ondan öncə ölmək istəyinizi ifadə etmək. Söz "məni basdır” olaraq tərcümə oluna bilər.
4. Depaysement (Fransız dili) – Öz vətənində yaşamamaq, yaşadığın yerdə yad olmaq hissi.
5. Jayus (İndoneziya dili) - Çox uğursuz, gülməli olmayan və insanı məhz bu səbəbdən güldürən zarafat.
6. Culaccino (İtalyan dili) - Stəkanı stoldan götürdükdən sonra aşağısında qalan mayenin izi.
7. Greng-jai (Tai dili) – Bir insanın sizin üçün özünə ziyan edəcək yaxşılıq etməyini istəməməyiniz hissi.
8. Mecolek (İndoneziya dili) - Birinin çiyninə zarafatca vuraraq "təlxəklik” etmək.
9. Pana Po’o (Havay dili) - Unutduğunuz bir şeyi xatırlamaq məqsədi ilə başınızı qaşımaq.
10. Chi Ku (Çin dili) – "Qəzəbini yemək”. Bir insanın çətinliklərinə baxmayaraq, qəzəbli insan olmamaq bacarığı.
11. Gigil (Taqal dili) - Qarşıqoyulmaz dərəcədə şirin olan birini çimdikləmək istəyi.
12. Kyoikumama (Yapon dili) - Bezmədən öz övladlarının akademik uğuruna təkan verən ana.
13. Cafune (Braziliyanın Portuqal dili) - Barmaqlarınızla birinin saçını nəzakətlə oxşamaq.
14. Yakamoz (Türk dili) - Ay işığının suda əks olunmağı.
15. Pochemuchka (Rus dili) - Çoxlu sual verən insan.
16. Verschlimmbessern (Alman dili) - Bir problemi düzəltməyə çalışarkən daha da pis etmək.
17. Zhaghzhagh (Fars dili) - Soyuqdan donarkən dişlərin titrəyərək bir-birinə toxunması.
18. Layogenic (Taqal dili) - Uzaqdan yaxşı görünən, amma yaxınlaşanda nə qədər pis olduğunun fərqinə vardığımız bir şey.
İcmal.Az