Gəncə beynəlxalq mükafata layiq görülüb

OXUNUB: 1482 MARAQLI SOSİAL
İCMAL.az xəbər verir ki, Portuqaliya Respublikası Braqa şəhərində Avropa Birliyi Erasmus+ KA2 proqramı çərçivəsində "100% Gənclər şəhəri” kefiyyət etiketinin təqdimat mərasimi keçirilib.

Avropanın aparıcı şəhərlərinin merləri, Avropa Gənclər Forumunun rəhbərliyi və fəal gənclər təşkilatlarının iştirakı ilə GNRation Gənclik Mərkəzində təşkil edilmiş tədbirdə Azərbaycanı "Gəncə-2016 Avropa Gənclər Paytaxtı” İctimai Birliyinin sədri Elmir Vəliyev təmsil edib.

Gəncə şəhərinin 2016-ci ildə Avropa gənclər Paytaxtı tituluna uyğun bütün öhdəlikləri yüksək səviyyədə icra etdiyi nəzərə alınaraq münsiflər heyəti tərəfində "100% Gənclər şəhəri” mükafatına layiq görülüb.

RƏYLƏR