Mançesterdə konsertdə partlayış: Çox sayda ölən var – FOTO + VİDEO

OXUNUB: 839 DÜNYA

Mayın 22-si axşam saatlarında "Mançester Arena”da keçirilən konsert zamanı partlayış baş verib.

Bu barədə "Daily Mail” yazıb.

Hadisə şahidlərinin sözlərinə görə, partlayış səsləri amerikalı müğənni Ariana Qrande son mahnısını bitirərək səhnəni tərk etdikdən sonra eşidilib. Bu zaman işıqlar sönüb, insanlar təşviş içərisində çıxışa doğru qaçmağa başlayıblar. Hadisə yerinə polis və "təcili yardım” avtomobilləri cəlb olunub.

Stadionun yaxınlığında yerləşən "Viktoriya” dəmiryolu vağzalı bağlanıb. Terminal qatarları nə qəbul edir, nə də göndərir.

"NBC News” telekanalının məlumatına görə, stadionda partlayış zamanı ən azı 20 nəfər ölüb, 100 nəfər xəsarət alıb.

Polis digər fərziyyələr ortaya çıxana qədər hadisəni terror aktı kimi nəzərdən keçirir./report

İcmal.Az

 


RƏYLƏR