Bakıda yeniyetmələr maşın qaçıraraq qəza törətdilər.
İcmal.Az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, iyunun 23-də paytaxtın Nizami rayonu B.Nuriyev küçəsindən Bakı şəhər sakini Aqil İbayevə məxsus "Mercedes" markalı avtomobil qaçırılıb və Naxçıvanski küçəsində idarə edilərkən yol ayırıcısına vurulub.
Hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakinləri olan 2 yeniyetmə aldıqları xəsarətlə xəstəxanaya yerləşdiriliblər.
Nizami RPİ tərəfindən araşdırma aparılır.
İcmal.Az