ABŞ-da Aya ilk ayaq basan kosmonavt Nil Armstronqun "Apollon 11” gəmisində istifadə etdiyi və içində Aydan götürülmüş toz, həmçinin nümunələr olan çanta 1 milyon 800 min dollara satılıb.
1969-cu ildə "Apollon 11”-lə Aya çıxan ABŞ Hərbi Dəniz Donanmasının zabiti Armstronqun istifadə etdiyi çanta 48 ildən sonra Nyu-Yorkdakı Sothebys Muzey Evində açıq satışa çıxarılıb.
Kosmonavtlara dair əşyaların satıldığı açıq hərracda sərgilənən çantaya 2-4 milyon dollar qiymət qoyulmuşdu.
Qeyd edək ki, aterosklerozdan əziyyət çəkən Nil Armstronq 2012-ci ildə vəfat edib./azərtac
İcmal.Az