Peterburq terrorunda “Telegram” izi — Sirlər açılır

OXUNUB: 835 DÜNYA
Aprelin 3-də Rusiyanın Sankt-Peterburq şəhərində metroda baş vermiş terror aktının bəzi detalları məlum olub.

Rusiya Federal Təhlükəzislik Xidməti müəyyən edib ki, terror aktının hazırlanmasında, onun həyata keçirilməsində birbaşa və bilavasitə iştirak edənlər  "Telegram” danışıq şəbəkəsindən yararlanıblar. Terrorçular "Telegram” vasitəsilə mesaj göndəriblər və danışıblar.

"Araşdırmalar zamanı əməliyyatçılar müəyyənləşdiriblər ki, terrorçular 3 aprel terrorunda "Telegram” vasitəsilə bir-birilərilə əlaqə saxlayıblar. "Telegram”dan həm terrorçunun özü, həm də onunla əlaqəli olan şəxslər istifadə ediblər. Ondan istifadə edərək həm terroru həyata keçiriblər, həm də plan qurulmasında istifadə edilib”, - deyə məlumatda bildirilib.

Qeyd edək ki, aprelin 3-də Rusiya vaxtı ilə saat 14:30-da Rusiyanın Sankt-Peterburq şəhərində metroda terror aktı törədilib. Hadisə zamanı 16 nəfər ölüb. Partlayış əsnasında Rusiya prezidenti Vladimir Putin Belorus prezidenti Aleksandr Lukaşenko ilə rəsmi görüş keçirib. Görünən odur ki, partlayış Rusiya prezidentinə bir mesaj olub. Buna səbəb kimi isə Rusiyanın xarici siyasət kursu göstərilir./olke.az
 

İcmal.Az

RƏYLƏR