İlham Əliyev Rusiyanın “Zavtra” qəzetinin baş redaktorunu qəbul edib – YENİLƏNİB

OXUNUB: 1296 index-manşet SİYASƏT

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 25-də Rusiya Federasiyasının "Zavtra” qəzetinin baş redaktoru, yazıçı Aleksandr Proxanovu qəbul edib.

İcmal.Az-ın məlumatına görə, Heydər Əliyev ilə görüşlərini dərin ehtiramla xatırlayan Aleksandr Proxanov onunla söhbətlərin çox maraqlı keçdiyini bildirib.

A. Proxanov Azərbaycana gəlişindən məmnunluq hissi keçirdiyini qeyd edərək, regionlarımıza səfər etdiyini və ölkəmizdəki inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını söyləyib.  Prezident İlham Əliyev A. Proxanovun Azərbaycana səfərinin səmərəli və maraqlı olacağına ümidvar olduğunu bildirib.

Görüşdə Azərbaycan ilə Rusiya arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi qeyd olunub. Humanitar sahədə əməkdaşlığın genişləndirilməsində Azərbaycan və Rusiya ziyalılarının əlaqələrinin rolu vurğulanıb, əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

----

Bu gün Azərbaycan prezidenti İlham Əliyev Rusiya Federasiyasının "Zavtra” qəzetinin baş redaktoru, yazıçı Aleksandr Proxanovu qəbul edib.

İcmal.Az-ın məlumatına görə, bu barədə Azərbaycan prezidentinin mətbuat xidməti məlumat yayıb.

 

İcmal.Az


RƏYLƏR