Ruhi: Əkizlərimi çətinliklə dünyaya gətirdim

OXUNUB: 888 ŞOU-BİZNES

Vaxtilə müğənni və aparıcı kimi fəaliyyət göstərən Ruhi Əliyeva sosial şəbəkədə şəxsi həyatı ilə bağlı paylaşım edib.

 O, əkizlərini çətinliklə dünyaya gətirdiyini və bundan sonra həyatının dəyişdiyini yazıb.

"Ana olana qədər xoşbəxtliyim bütöv deyildi. Təbii ki, sevib-sevilirdim. Dəyərli insandan özü boyda dəyər alırdım, o öz yerində... Amma qadın olaraq məndə tamamlanmayan bir hiss var idi - analıq hissi. Məhz ana olandan sonra dünyanın ən xoşbəxt qadını oldum.

Uşaqlarımı çox çətinliklə dünyaya gətirdim. Yaşanan hər ağrı-acıya baxmayaraq, yaşadığım hiss o qədər güclü idi ki, mənə heç bir qüvvə qalib gələ bilməzdi. Övladlarım həyatımı tamamilə dəyişdi. Hər gün bir başqa Ruhi olduğumu anladım. Daha həssas, kövrək oldum, bəlkə də... Onlar mənim duyğularımı gözəlləşdirdi, hisslərimi daha da saf etdi. Mən təsəvvür belə etmirmişəm ki, ana övladına bu cür yanaşa bilərmiş.

İçimdə izaholunmaz, möhtəşəm bir duyğu var. Bütün ana olmayan qadınlara yaşadığım bu müdhiş hissləri arzu edirəm. Ana olmadan bunları dadmaq mümkünsüzdür. Bu gün ona görə xoşbəxtəm ki, Məhəmməd və Həsənin anasıyam. Şükür edirəm ki, bu gün sağlam, savadlı, yaşından asılı olmayaraq, böyük dərrakəli iki oğul anasıyam. Allahımdan çox razıyam. Mənə hər şeyi gec nəsib etsə də, təməlli, möhkəm verir! Rəbbim sevimli bəndələrini sınağa çəkir, deyirlər. Mən də Allahın sevimli bəndəsiyəm, bəlkə də... Çünki hər şeyi əziyyətlə əldə etmişəm.

Bu gün övladlarımın doğum günüdür. Həyatdakı bütün arzularım onlarla bağlıdır. Sağlam, savadlı şəxsiyyət olmalarını gözləyirəm. Valideynlərinə, vətəninə, millətinə layiqli övlad olacaqlarına ümidim böyükdür! İnşallah, Məhəmməd və Həsən insansevər, vətənpərvər olarlar. Onların yüksək səviyyədə təhsil alması üçün əlimdən gələni edirəm. İnşallah, daima başımızı uca edərlər”./oxu

 

İcmal.Az

RƏYLƏR